Aptekə saxta əskinas verən şəxs ələ keçdi

Bakıda saxta əskinas satan şəxs yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə avqustun 12-də baş verib. Naməlum şəxs Binəqədi rayonu ərazisində yerləşən əczaxanadan dərman preparatları almış və ödəniş kimi 100 manatlıq əskinas verib. Əskinasın saxta olması müəyyən edilib. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əskinası vermiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yalçın Bəşirov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31