Saxta diplom alverçisi yaxalanıb
13 Avqust 2013 15:46 KriminalGəncədə saxta diplom satan şəxs yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əməliyyat məlumatı əsasında keçirilmiş tədbirlər nəticəsində müəyyən edilib ki, Gəncə şəhərində yaşayan Kəlbəcər rayon sakini Rasim Abbasov 2012-ci ildə ali təhsil haqqında diplom alacağına kömək edəcəyi adı ilə Yevlax rayon sakini İlqar Süleymanovdan 1600 manat pul alaraq onun qızı Gülnarın adına saxta diplom verib. Faktla əlaqədar BMCMİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31