Bakı-Quba yolunda ağır yol qəzası, ölən və yaralanan var
13 Avqust 2013 12:52 KriminalBakı-Quba yolunda ölümlə nəticələnən ağır qəza baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Quba yolunun 32-ci km-də "VAZ 21099" və "MERCEDES-BENZ" markalı iki minik avtomobili toqquşub. Nəticədə hər iki avtomobil deformasiyaya uğrayıb. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış "MERCEDES-BENZ" markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış yaralı sürücünü və "VAZ 21099" markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış 1981-ci il təvəllüdlü Sərdar Məmmədovun cəsədini çıxarıb aidiyyəti üzrə təhvil veriliblər. Əməliyyat saat 18:53-də başa çatıb.