Bakıda vətəndaşdan külli miqdarda pul tələb edən iki mütəşəkkil dəstə zərərsizləşdirildi
12 Avqust 2013 18:00 KriminalAzərbaycanda vətəndaşları şantaj edib onlardan külli miqdarda pul tələb edən iki mütəşəkkil dəstə zərərsizləşdirilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Əli Məmmədova hədə-qorxu gəlib 300.000 manat pul verməsini tələb edərək əvvəlcə ondan 120.000 manat pul alanların Şəmkir rayon sakini Saday İsmayılov və Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Vaqif İbadov olmaları müəyyən edilib.
BMCMİ və Cəlilabad RPŞ əməkdaşlarının isə birgə keçirdikləri əməliyyat tədbirləri zamanı Ə.Məmmədovdan əlavə 150.000 manat pul tələb etmiş S.İsmayılov, V.İbadov və onlarla birgə olan Bakı şəhər sakiniləri Atəş Osmanov və Anar Məmmədov tutulublar.V.İbadovun üzərindən 34,6 qram tiryək, S.İsmayılovdan isə 15.000 manat pul aşkar edilərək götürülüb. Faktla əlaqədar cinayət işi başlanmışdır.