Narkoplantasiya sahibinin evindən qanunsuz silah çıxdı

Azərbaycanda narkotika plantasiyası əkən şəxsdən qanunsuz sizlah tutulub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mürsəlli kənd sakini İlham Niftəliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 18 kiloqram olan 13 ədəd çətənə kolu, yardımçı təsərrüfatından 370 qram marixuna, evinə baxış zamanı isə 1 ədəd müvafiq sənədələri olmayan "TOZ-8" markalı ov tüfəngi və 74 ədəd patron aşkar edilərək götürülüb.

Həmin gün Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağtala kənd sakini Əlövsət Cəbiyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 45 kiloqram olan 14 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31