Bir gündə dənizdən iki meyid tapıldı
29 İyun 2012 17:00 KriminalAzərbaycanda dənizdən bir gündə iki meyid çıxarılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyunun 27-də Siyəzən rayonu, Böyük Həmyə kəndi ərazisində dənizdə ("Böyük Həmyə" sularda xilasetmə məntəqəsindən, təxminən, 500 m aralıda, nəzarətsiz ərazidə) batmış 1990-cı il təvəllüdlü Araz Ağaməhəmməd oğlu Məmmədovun axtarışları başa çatıb. A.Məmmədovun cəsədi sahildə aşkarlanıb. Həmin gün 1984-сü il təvəllüdlü Samir Sayəddin oğlu Quliyev Quba rayonu, Vladimirovka kəndi ərazisindəki süni göldə (ən yaxın xilasetmə məntəqəsindən 70 km aralı, nəzarətsiz ərazidə) batıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə rayonuna cəlb olunub və S.Quliyevin cəsədi batdığı yerdə tapılaraq sudan çıxarılıb aidiyyəti üzrə təhvil verilib.