Bakıda kişi 20 yaşlı hamilə arvadına 3 bıçaq zərbəsi vurub
6 Aprel 2023 10:28 KriminalBakının Sabunçu rayonunda 20 yaşlı qadına 3 bıçaq zərbəsi vurulub.
Olaylar.az "report"a istinadən bildirir ki, ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanan 2003-cü il təvəllüdlü Bəkirova Həvva Məhəmməd qızı ağır vəziyyətdə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qarın və bud nahiyələrindən 3 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Qeyd edək ki, H.Bəkirova 4 aylıq hamilədir.
Hadisənin təfərrüatı araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31