Bakıda maşından 53 min pul aparıldı
12 Avqust 2013 16:02 KriminalBakıda avtomobildən külli miqdarada pul oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Emil Haqverdiyevə məxsus "Mercedes" markalı avtomaşından 53.000 rubl və 100 manat pulu oğurlanıb. Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Elvin Əliyev tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31