Lənkəranda itkin düşən qızın tapılması dəhşətli cinayətin üstünü açdı

Lənkəranda ötən il itkin düşən 18 yaşlı qızın tapılması dəhşətli cinayətin üstünü açıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ıln nazirliyin saytına istinadən yaydığı məlumata görə, 2012-ci ilin dekabr ayının 26-dan itkin düşən Lənkəran rayonunun Sərinbulaq kənd sakini 18 yaşlı Əfsanə Cavadova cari il avqust ayının 5-də Səbail RPİ-nin əməkdaşları tərəfindən Bakı şəhərində tapılıb.  Ə.Cavadova izahatında atası İsrafil Cavadovun 2011-ci ilin iyun ayında Sərinbulaq kəndinin ərazisindəki pay torpaq sahəsində qızı Rəqsanəni qətlə yetirməsini, onu da öldürəcəyindən qorxduğundan evdən qaçmasını bildirib. Baş Cinayət-Axtarış İdarəsi, Səbail RPİ və Lənkəran ŞRPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində İ.Cavadov tutulub, Rəqsanənin meyiti qeyd edilən ərazidən eksqumasiya edilib. Faktla əlaqədar rayon prokurorluğu tərəfindən cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31