Bakıda atışma, “Mercedes” gülləbaran edildi
7 Avqust 2013 16:39 KriminalBakıda atışma hadisəsi olub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə avqustun 6-da Biləcəri qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini Əli Abdullayev xuliqanlıq zəminində Bakı şəhər sakini Elşən Soltanova məxsus "Mercedes" markalı yük avtomaşını istiqamətində ov tüfəngindən 3 dəfə atəş açıb. Nəticədə avtomaşının şüşələri sınıb, xəsarət alan olmayıb. Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Abdullayev saxlanılıb və ondan 1 ədəd müvafiq sənədləri olan "Ata Arms NEO 12" markalı ov tüfəngi götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31