Salyan polisi bir gündə iki narkoəməliyyat keçirdi
7 Avqust 2013 16:32 KriminalSalyan polisi bir gündə narkotika alverçiləri ilə bağlı iki əməliyyat keçirib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın naqzirliyin saytına istinadən yaydığı məlumata görə, rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kürqaraqaşlı kənd sakini, əvvəllər məhkum olunmuş Xəqani Sultanova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 10 kiloqram 275 qram olan 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Natiq Abasovun evinə baxış zamanı 870,91 qram marixuana və 0,51 qram çətənə toxumu aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31