Sərhədçilər Balakəndə narkotacir dəstəsinin plantasiyasını aşkarladı

Azərbaycan sərhədçiləri Balakəndə narkotika alveri edən mütəşəkkil dəstənin narkoplantasiyasını aşkarlayıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb, "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Balakən rayonu ərazisindəki meşə zolağında Qullar kənd sakini Arif Moxatovun, Gərəkli kənd sakinləri Vahid Omarovun və Vüqar Yusubovun kultivasiya yolu ilə yetişdirdikləri, çəkisi 529 kiloqram olan 440 ədəd çətənə kolu aşkar edilərək götürülüb və Balakən RPŞ-yə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31