Xaçmazda ev yanıb

Xaçmaz şəhəri, Yusif Müşküllü küçəsi, ev 45 ünvanında yanğın baş verib. Gülməmmədova Nuriyət Xamməd qızına məxsus yaşayış evi qaz balonunun alışması nəticəsində yanıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi tərəfindən yaşayış evinin digər yerlərinin yanmasının qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. ("OLAYLAR")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31