Yuxudan ayılmadı, yaxınları da FHN-ə müraciət etdi

"OLAYLAR"ın FHN-ın rəsmi saytına istinadən yaydığı xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb. Qapı arxasında qalan şəxs dərhal FHN-in "112" qaynar xidmətinə müraciət edib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən evdə olan şəxsin mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə heç bir reaksiya verməməsi məlum olub.  Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olaraq giriş qapısını açıb. Mənzilə baxış keçirilərkən vətəndaş otaqda yatmış vəziyyətdə aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31