Ukraynada azərbaycanlı biznesmen qətlə yetirilib

Qətlin səbəbləri araşdırılır

Ukraynada azərbaycanlı biznesmen qətlə yetirilib. ANS PRESS-in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, qətl hadisəsi Jovkva şəhərinin Lvovski vilayətində gecə saatlarında baş verib. Həmin şəxsin kimliyi haqqında dəqiq məlumat verilmir.
Yaralı yerli xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, azərbaycanlı biznesmenin Ukraynada motel və bar işlətdiki bildirilir. Onu Jovkve parkının yaxınlığında qarın nahiyəsindən bıçaqlandığı xəbər verilir. Hazırda qətlin səbəbləri araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31