Azərbaycanda neft daşıyan qatarda yanğın olub
7 Avqust 2013 12:36 KriminalAzərbaycanda neft daşıyan qatarda yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə Şəmkir rayonu ərazisində baş verib. Avqustun 7-də gecə saatlarında rayonun Könüllü kəndində "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus Qazax-Bakı istiqaməti ilə hərəkət edən yük qatarının tutumu 60 ton olan boş sisternasının üzərindəki neft qalıqları yanıb. Sistern yanğından mühafizə olunub. Yanğın saat 03:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31