Quba-Qusar yolunda iki gənc dünyasını dəyişib

Səhər saatlarında Quba-Qusar yolunun 2-ci kilometrliyində, Qubanın Dağlı kəndi ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. 1984-cü il təvəllüdlü Qusar sakini Hüseynov Ramin Muxtar oğlunun idarə etdiyi 90-RB-338 dövlət nömrə nişanlı "VAZ  21 07"-nin yolun kənarındakı qoz ağacına çırpılması nəticəsində iki nəfər dünyasını dəyişib. Sürücü Ramin Hüseynov hadisə yerində, sərnişin 1986-cı il təvəllüdlü Bakı şəhər sakini Mehdiyev Elbrus Əlövsət oğlu  isə Quba Rayon Mərkəzi xəstəxanasının reanimasiya şöbəsində keçinib. Məlumatı Rtv.az verib.

Quba RPŞ-nin müstəntiqi İbrahim Qədirovun RTV-yə verdiyi məlumata görə hadisə yüksək sürət səbəbindən baş verib. Faktla bağlı  araşdırma aparılır. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31