DİN akademikin evini qarət edən şəxsin tutulması barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA Fizika İnstitutunun direktoru Çingiz Qacarın evini qarət edən şəxsin saxlanılması barədə məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, DİN-in Baş Cinayət-Axtarış İdarəsi və Yasamal RPİ 26-cı PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 4-də Qacar Çingiz Oveys oğlunun evindən içərisində 60.000 dollar  pul, suvenir qaşıq, bıçaq və çəngəl olan dəmir seyfi oğurlamış Bakı şəhər sakini Nərmin Abbasova tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31