Nizami rayonunda kafe yanıb
6 Avqust 2013 13:28 KriminalBakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 105 kv.m olan 1 mərtəbəli kafe də yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə kafenin 1 otağının yanar konstruksiyaları və əşyaları 30 kv.m sahədə yanıb. Yüksək temperaturdan kafenin lambirdən ibarət tavanı 50 kv.m sahədə əriyib. Kafenin qalan hissəsi yanğından mühafizə olunub, otaqdan 1 ədəd propan balonu çıxarılıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31