Türkiyə "Ergenekon" təşkilatının işi ilə əlaqədər ali məhkəmənin qərarına etiraz edib
CHP millət vəkilləri qərarın Abdullah Öcalanın məhkəmə işi ilə əlaqədər olduğunu iddia ediblər
6 Avqust 2013 13:26 KriminalTürkiyədə ölkə müxalifəti 2003-cü ildə dövlət çevilişinə cəhd edən "Ergenekon" təşkilatının işi ilə əlaqədər ali məhkəmənin qərarına etirazlarının bildirib.
Qeyd edək ki, 2007-ci ildən etibarən başladılan məhkəmə işinə indiyə kimi 275 siyasi və ictimai xadim, istefada olan hərbiçilər, jurnalist, vəkil, və ali məktəb müəllimləri cəlb olunmuşdu. Məhkəmənin qərarına əsasən, Türkiyə Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi ordu generalı İlkər Başbuğa ömürlük azadlıqdan məhrumetmə cəzası verilməsi isə müxalif partiyaların qəzəbinə səbəb olub.
Cumhuriyyət Xalq Partiyasından olan millət vəkilləri isə qərarın PKK kürd təşkilatının hazırda həbsdə olan lideri Abdullah Öcalanın məhkəmə işi ilə əlaqədər olduğunu iddia ediblər.
Sinxron: Məhərrəm İncə. Cumhuriyyət Xalq Partiyasının millət vəkili.
"Onlar həbs olunmayıblar, lakin təcridxanada saxlanılırlar. Bu PKK kürd təşkilatının lideri Abdullah Öcalanın azadlığa buraxılması ilə əlaqədər danışıqlar aparılması üçün xüsusi imkandır. Onun azadlığa buraxılması üçün məhkəmə belə bir ağır qərar çıxardı"
"Bu Türkiyə respublikasının ordu qüvvələrinə qarşı hədədir. Bu qəbuledilməz qərardır. Əgər bu ölkədə ölkənin hərbi qüvvələrinə başıçılıq etmiş adam mühakimə olunursa, deməli, ümumilikdə, türk ordusu mühakimə olunur. Bu millət bu qərarı qəbul etməyəcək. Cumhuriyyət Xalq Partiyası olaraq biz buna qarşıyıq", - deyə partiya üzvləri sözlərin iifadə ediblər.