Bakıda içərisi pulla dolu "Range Rover" sahibinin gözü önündə qaçırıldı

Bakı şəhərində "Range Rover" sahibi maşınsız qaldı
Milli.Az-ın əldə etdiyi məlumata görə, Suraxanı rayonunda 36 yaşlı Ülfət Əhmədov bıçaqla hədələnərək ona məxsus 90-VT- 962 dövlət nömrə nişanlı "Range Rover" markalı maşını içərisndə 10 min manat pulla birlikdə əlindən alınıb.
Suraxanı Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, hadisə avqustun 4-ü, gecə saat 03 radələrində Suraxanı qəsəbəsində, Ü.Əhmədovun evinin yaxınlığında baş verib. Naməlum şəxslər Ü.Əhmədovu bıçaqla hədələyərək pul tələb ediblər. Pulu ala bilmədikdə avtomobilin açarlarının üstündə olmasından istifadə edərək maşına əyləşərək ərazidən qaçıblar. Maşının sahibi dərhal polisə məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31