Azərbaycanda tələbə faciəsi: universitetə girdi, özünü asdı
5 Avqust 2013 20:02 KriminalTələbə adını alan qız özünü asdı. Dünən Gəncə şəhərində intihar hadisəsi baş verib. Moderator.az-ın xəbərinə görə, Gəncənin Kəpəz rayonu, 7 saylı orta məktəbin məzunu Fərzəliyeva Vüsalə Ələddin qızı özünü yaşadığı Elbrus Allahverdiyev küçəsindəki binanın damından asıb.
Gəncə hüquq-mühafizə orqanlarından Moderator.az-a verilən məlumatda isə intiharın şok səbəblərindən bəhs edilir. Həmin informasiyada bildirilir ki, gənc qızın özünə qəsd etməsinin səbəbi maddi imkansızlıq olub.
Belə ki, Fərzəliyeva Vüsalə builki imtahanların nəticələrinə görə, ali məktəbə qəbul olunsa da, Bakıda normal təhsil ala bilməsi üçün ailəsinin maddi imkanı yetərli olmayıb. Ali təhsil almağı nə qədər arzulasa da, Bakıda yaşamaq və təhsil almaq onun üçün əlçatmaz olduğu qənaətinə gəlib və sonda çıxış yolunu canına qəsd etməkdə görüb.
Qeyd edək ki, bu, Gəncədə son zamanlar dördüncü intihar hadisəsidir.