Bakıda tanınmış şirkətdə silah-sursat aşkarlandı

Bakıda tanınmış şirkətin ərazisindən silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat verib. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Mühafizə İdarəsi və Sabunçu RPİ 15-ci PB əməkdaşları tərəfindən 2-ci Zabrat qəsəbəsindəki İstixana Kombinatı "Zəfaran" MMC-nin ərazisindən 1 ədəd "AKM" silahı, 549 ədəd avtomat patronu və 2 ədəd patron darağı tapılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31