Bakıda bir gündə iki silahlı şəxs yaxalandı

Bakıda bir gündə iki silahlı şəxs yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat verib. OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayon sakini Mirismayıl Heydərovun idarə etdiyi "VAZ-21015" markalı avtomaşına baxış zamanı 1 ədəd "AK-74" markalı silah, 57 ədəd avtomat patronu və 2 ədəd patron darağı aşkar edilərək götürülüb. Səbail RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Biləcəri qəsəbə sakini Vüsal Əmiraslanovdan 1 ədəd "Makarov" markalı  tapança, 6 ədəd tapança patronu və 1 ədəd patron darağı götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31