Türməyə ayaqqabının dabanında tiryək keçirmək istədi
5 Avqust 2013 19:49 KriminalPenitensiar xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1991-ci il təvəllüdlü, AR CM-nin 332.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Əbdül Ramiz oğlu Salmanova vətəndaş Rəşad Zümriddin oğlu Musayevin gətirdiyi sovqata baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, sovqatdakı ayaqqabıya baxış keçirilən zaman ayaqqabının daban hissəsinin içərisindən 10 (on) ədəd bükülüdən ibarət xalis çəkisi 16,344 qram olan narkotik maddə - tiryək aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31