Şüvəlanda ev sahibi betonun altında qalıb öldü

Bakıda faciəli ölüm hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə avqustun 3-də Şüvəlan qəsəbəsində baş verib.  Bakı şəhər sakini Teymur Məmmədov Şüvəlan qəsəbəsindəki bağ evində işləyərkən qarın nahiyəsinə beton plitə düşüb. Nəticədə xəsarət almış T.Məmmədov xəstəxanaya aparılarkən yolda ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31