Yevlaxda 8 nəfər qazdan zəhərəndi

Xəstəxanaya çatdırılan şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb

Yevlaxda qaz sızması nəticəsində kütləvi zəhərlənmə olub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, avqustun 3-də Yevlax rayonu 31-ci məhəllədə yaşayanlar - Günel Yuniszadə, Ayşən Yusibova, Mehriban Mustafayeva, Lalə Məmmədova, Şəlalə İsmayılova, Yeganə İsmayılova, Azər İsmayılov, Səidə Ağahəsənli mənzillərindən təbii qaz sızmasından zəhərlənmə ilə xəstəxanaya gətirilib.

Həmin şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31