6 aya 17 prokurorluq işçisi cəzalandırılıb

Bu ilin 6 ayı ərzində Azərbaycanda 17 prokurorluq işçisi cəzalandırılıb. "OLAYLAR"ın məliumatına görə, bunu Baş prokuror Zakir Qaralov deyib. Onun sözlərinə görə, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi diqqət mərkəzində olub. Belə ki, 2013-cü ilin birinci yarısında 17 prokurorluq  işçisi  xidməti və  icra intizamını pozduğuna görə  intizam məsuliyyətinə cəlb edilib. Bütün struktur qurumların rəhbərlərinin, rayon və şəhər prokurorlarından ilk növbədə xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və mənfi təzahürlərə münasibətdə prinsipiallığın artırılması üçün ən qəti tədbirlər görülməsi tələb olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31