Naftalanda faciə: 3 nəfər kanalizasiya quyusuna düşdü

Onlardan biri həlak ölüb

Naftalan şəhərində "Çinar" sanatoriyasının ərazisində 3 nəfər kanalizasiya quyusunda köməksiz vəziyyətdə qalıb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, zərərçəkmişlər Neftalan Su-kanal idarəsinin əməkdaşlarıdır.
1956-cı il təvəllüdlü Saməddin Mayıl oğlu İsgəndərovun cəsədi və müxtəlif xəsarətlər almış 2 nəfər Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən quyudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31