Bu il 2 bələdiyyə barədə cinayət işi başlanıb
2 Avqust 2013 17:27 KriminalAzərbaycanda bu ilin 6 ayı ərzində 2 bələdiyyə barədə cinayət işi başlanıb. "OLAYLAR"ın məlumatına görə, bu barədə Baş prokuror Zakir Qaralov bildirib. Baş prokuror deyib ki, "Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında" Azərbaycan Prezidentinin 2009-cu il 22 iyun tarixli Fərmanının icrası ilə əlaqədar prokurorluq orqanlarının vəzifələrini müəyyənləşdirən Respublika Prokurorluğu üzrə müvafiq əmrin icrası istiqamətində bir sıra tədbirlər həyata keçirilib, daxil olmuş bütün müraciətlər üzrə mütəxəssislər cəlb edilib və onların iştirakı barədə qərarlar qəbul edilməklə yoxlamalar aparılıb və 2 cinayət işi başlanıb. Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya hüquqpozmalarına qarşı mübarizənin gücləndirilməsi, keçirilən yoxlamaların ciddi nəzarətə götürülməklə şəffaflığın təmin edilməsi barədə əlaqədar qurumlara və tabe prokurorlara konkret tapşırıqlar verilib.