6 ayda ölkədə 10 min 929 cinayət hadisəsi qeydə alınıb
Baş verən cinayətlərin 89,6 faizi açılıb
2 Avqust 2013 17:26 Kriminal2013-cü ilin birinci yarısında respublikada 10 min 929 cinayət faktı qeydə alınıb. "OLAYLAR"ın məlumatına görə, bu barədə Baş prokuror Zakir Qaralov məlumat verib. Baş prokuror bildirib ki, birinci yarımildə də daxili işlər orqanları ilə birgə fəaliyyət nəticəsində kriminogen durumun daha da sabitləşməsinə, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinə təsir edən mənfi təzahürlərin aradan qaldırılması istiqamətində məqsədyönlü işlər görülüb. Hesabat dövründə respublikada qeydə alınmış 10.929 cinayətin 86,9 faizinin açılması təmin edilib. Hazırda digər cinayət hadisələrinin də açılması barədə tədbirlər görülür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31