Azərbaycanda iki həyətdə narkotika plantasiyası aşkarlandı

Azərbaycanda iki rayonda həyətyanı sahədə narkotika plantasiyası aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Poşbinə kənd sakini Qüdrət Saramanova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 25 kiloqram 650 qram olan 10 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Mətləb Şükürova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 20 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31