Azərbaycanda silahlı qadın yaxalanıb

Azərbaycanda qanunsuz silah saxlayan qadın aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaratəpə kənd sakini Zərniyar Əliyevanın evinə baxış zamanı müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi  aşkar edilərək götürülüb.   Həmin gün Şabran RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dəvəçi kənd sakini Faiq Ocaqovun evinə baxış zamanı müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi aşkar edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31