Azərbaycan türkiyəli iş adamını beynəlxalq axtarışa verdi
2 Avqust 2013 14:59 KriminalAzərbaycan hüquq-mühafizə orqanları türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib. APA-nın xəbərinə görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda bildirilir ki, Türkiyə vətəndaşı, 48 yaşlı Rami Doğan Azərbaycan Cinayət Məcəlləsinin 213.2.2-ci (vergidən yayınma - külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinir. Onun saxlanılması üçün Azərbaycan dövlətlərarası axtarış elan edib.
Qeyd edək ki, Rami Doğan Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31