Ağdamda məcburi köçkün şəhərciyində yanğın

 Ağdamda məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb . "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə rayonun Baharlı-2 qəsəbəsində (rayon mərkəzindən 23 km aralı)baş verib. Həmin qəsəbədə transformatorun yağı, sarğıları və ətrafında 20 kv.m sahədə quru ot yanıb. Yaxınlıqdakı yaşayış evləri yanğından mühafizə olunub. Yanğın saat 21:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31