Bakıda qadın özünü 5-ci mərtəbədən atıb
49 yaşlı qadının intiharının səbəbi bəlli deyil
2 Avqust 2013 11:35 KriminalBakıda intihar hadisəsi baş verib. Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saat 08.00 radələrində, Babək prospekti ev 95, mənzil 99 ünvanında qeydə alınıb.Doqquzmərtəbəli binanın 5-ci mərtəbəsində yaşayan, 1964-cü il təvəllüdlü Kifayət Tofiq qızı Rəhimova yaşadığı evin eyvanından özünü atıb. O, aldığı xəsarətdən yerindəcə keçinib. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.Faktla bağlı cinayət işi başlanıb, araşdırma gedir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31