Ağsuda yanacaqdoldurma məntəqəsində yanğın olub
20 tonluq 3 ədəd yanacaq çəni və avtomobil təmiri sexi yanğından mühafizə olunub
2 Avqust 2013 11:34 KriminalAzərbaycanda yanacaqdoldurma məntəqəsində yanğın olub. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə bu səhər Ağsu rayonunun Navahı kəndində (rayon mərkəzindən 6 km aralı) qeydə alınıb.Vətəndaşa məxsus yanacaqdoldurma məntəqəsində ümumi sahəsi 24 kv. m olan taxta arakəsmələrlə ayrılmış 2 otaqdan ibarət vaqonun yanar hissələri, 1 otağa yığılmış 5 ədəd 10 litrlik yanacaq qabları yanıb. "KamAZ" markalı avtomobil, həcmi 20 ton olan 3 ədəd yanacaq çəni və avtomobil təmiri sexi yanğından mühafizə olunub. Yanğın saat 07:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31