Şollar kəndi yanıb

Xaçmaz rayonunun Şollar kəndində yanğın baş verib. Hadisə 1971-ci il təvəllüdlü kənd sakini İlqar Bayramovun təsərrüfatında qeydə alınıb. Həyətyanı sahədəki ot tayası yanıb. Əraziyə FHN-nin Xaçmaz DYMH-nin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Digər bir yanğın hadisəsi axşam saatlarında Xaçmaz rayonunun Mürşüd-oba kəndində baş verib. 1953-cü il təvəllüdlü kənd sakini Məhyəddin Ağayevin həyətyanı sahəsindəki ot tayası yanıb. Hadisə yerinə FHN-nin Xaçmaz DYMH-nin 1 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının yaxınlıqdakı bağ sahəsinə keçməsinin qarşısı alınıb. Hadisə zamanı heç kim xəsarət almayıb. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31