Bakıda yük avtomobili piyadanı vurub öldürdü
Hadisə Nərimanov rayonu ərazisində baş verib
1 Avqust 2013 17:38 KriminalBakının Nərimanov rayonu ərazisində yük avtomobili piyadanı vurub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə iyulun 31-də saat 11.00 radələrində Nərimanov rayonu Z.Bünyadov prospektində qeydə alınıb.
Şərur rayon sakini Hafiz Mahmudov idarə etdiyi "Mercedes" markalı yük avtomobili ilə Masallı rayon sakini Tərlan Şahbazovu vurub.
Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş T. Şahbazov orada dünyasını dəyişib. Faktla bağlı Nərimanov RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31