İrandan ölkəmizə tiryək keçirilməsinin qarşısı alınıb

Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı Taleh Məmmədovun üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən mnəlumata görə, yoxlama zamanı ondan 3 ədəd bağlamada, ümumi xalis çəkisi 219,24 qram olan narkotik vasitə götürülüb. Araşdırma nəticəsində narkotik vasitənin tiryək olduğu aşkarlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31