Bakıda vətəndaşı arvadının videosu ilə şantaj edən şəxslər yaxalanıb

Bakıda vətəndaşı arvadının videogörüntüləri ilə şantaj edən dəstə yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumatda bildirilir ki, iyulun 21-də Qaradağ rayonunun Ələt qəsəbə sakini Ramil Ağayev 11-ci PB-yə ərizə ilə müraciət edərək, arvadı ilə aralarında olan mübahisəni gizli yolla mobil telefona çəkmiş həmyerliləri Əkrəm Qayıbov və İsmayıl İbrahimovun çəkilmış videonu sosial şəbəkələrdə yayacaqları ilə hədələyib ondan 500 manat pul istəmələrini bildirib. Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 31-də İ.İbrahimov və Ə.Qayıbov 500 manat pulu R.Ağayevdən alarkən tutulub, video-yazı olan mobil telefon onlardan götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31