5 yaşlı uşaq Kürdə boğulub öldü
1 Avqust 2013 13:00 KriminalAzərbaycanda 5 yaşlı uşaq Kür çayında boğulub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə iyulun 30-da baş verib. Kür çayının Qazax rayonu, Aşağı Salahlı kəndi ərazisindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 230 km məsafədə, nəzarət olunmayan ərazidə) 2008-ci il təvəllüdlü Məhəmməd Elməddin oğlu Paşayevin axtarışları başa çatıb. M.Paşayevin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 09:35-də başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31