Azərbaycanda məktəb direktoru intihar edib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba rayonun Muçu kəndində qeydə alınıb. Muçu kənd ümumi orta məktəbinin direktoru 1972-ci il təvəllüdlü Əliağa Eyvazov özünü məktəbin kitabxanasında asıb. İntiharın səbəbi bilinmir.
Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31