Bakının müxtəlif yerlərində yanğın hadisəsi qeydə alınıb

"OLAYLAR"ın Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin rəsmi saytıına istinadən məlumatına görə bu gün müxtəlif vaxtlarda şəhərin Sabunçu və Nəsimi rayonunda yanğın hadisəsi qeydə alınıb. Sabunçu rayonunda baş verən olayda vətəndaşa məxsus həyətyanı sahədə  ümumi sahəsi 1000 kv.m olan istixananın yanar hissələri və içərisində  quru ot 500 kv.m sahədə yanıb. İstixananın qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Nəsimi rayonunda isə ikimərtəbəli yaşayış binasının xarici divarından  keçən diametri 20 mm olan qaz boru xəttində alşma baş verib. Nəticədə 1-ci və 2-ci mərtəbədə pəncərələrdə quraşdırılmış 2 ədəd kondisionerin mühərrik hissələri , antenna kabelləri yanmış və yüksək temperaturdan plastikdən ibarət pəncərə çərçivəsi ərimişdir. Yanğından  yaşayış binası mühafizə olunmuşdur. Yanğın saat 15:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31