Qusarda talvar, Salyanda anbar yandı

Qusar rayonu, Mucuq kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan talvarın yanar konstruksiyaları və altına yığılmış 12 ton ot bağlaması yanıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.Salyan şəhərində isə ümumi sahəsi 5300 kv.m olan hal-hazırda fəaliyyət göstərməyən anbarın dam örtüyünün yanar konstruksiyaları 2800 kv.m sahədə yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31