12 yaşlı uşağı maşın vurub

Siyəzən rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 2001-ci il təvəllüdlü Siyəzən şəhər sakini Azər Sədullayev avtomobil tərəfindən vurulub. O, dərhal Siyəzən Regional Müalicə Diaqnoztika Mərkəzinə çatdırılıb. Yaralıya baş beynin əzilməsi, qarnın küt travması, yuxarı və aşağı ətrafların əzilməsi diaqnozu qoyulub. Xəstənin vəziyyəti ağır olduğundan o, ilkin yardımdan sonra paytaxtdakı tibb müəssisələrindən birinə aparılıb. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31