Siyəzan və Şabran dağları yanır

İyulun 25-i, axşam saatlarında Şabran və Siyəzən rayonlarının dağlıq ərazilərində güclü yanğın baş verib. Rtv.az-ın məlumatına görə, Siyəzən rayonunun Yenikənd, Yenibulaq kəndləri yaxınlığında başlayan yanğın Şabran rayonunun Ağbaş kəndinə qədər davam edib.  Dərhal əraziyə Şabran və Siyəzən rayonlarının DYMH-nin yanğınsöndürən maşınları, canlı qüvvəsi cəlb olunub. Gecə saatlarında yanğının qarşısı tam alınsa da, qeyd olunan ərazi tamamilə yanıb. Alovun qarşısı vaxtında alındığından ətraf kəndlərdə yaşayan sakinlərə ziyan dəyməyib. Yaxınlıqdakı meşə zolağı da yanğından mühafizə olunub. Yanğın ümumilikdə, 459 hektar ərazini əhatə edib. Yanan ərazi Şabran və Siyəzən rayon bələdiyyələrinə məxsusdur. Əhali həmin yerdən mal-qara otarmaq üçün istifadə edir. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31