Saxta İsrail pasportuna sahib olan iranlı ailə saxlanıldı
İsrail pasportlarının “qara bazarda” satıldığı təsdiqlənib
26 İyul 2013 09:46 KriminalKanada sərhədçiləri ölkəyə saxta İsrail pasportu ilə keçmək istəyən ailəni saxlayıb. ANS PRESS "BAO"-ya istinadən xəbər verir ki, araşdırma nəticəsində onların İran vətəndaşı olduqları müəyyənləşib.
7 nəfərlik ailə üzvləri, ata-ana və 5 uşaq Vankuverə uçub. Yoxlama zamanı sərhədçilər sənəddən şübhələniblər. Məlum olub ki, pasportları İsrail vətəndaşları ya itirib, ya da oğurlatdırıb.
İranlıları istintaq üçün saxlayıblar. Onların bu saxta pasportları satın aldıqları ehtimal olunur.
Qeyd edək ki, İslam Respublikası vətəndaşlarının Kanadaya getməsi üçün viza tələb olunduğu halda İsrail vətəndaşlarının qarşısında belə bir şərt yoxdur.
İsrail Daxili İşlər Nazirliyinin təmsilçisi isə İsrail pasportlarının "qara bazarda" satıldığı faktını təsdiqləyib.