Biləsuvarda benzin maşınında yanan qaynaqçı öldü

Biləsuvarda benzindaşıyan avtomobilin partlaması nəticəsində yanan qaynaqçı dünyasını dəyişib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat verib. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, iyulun 24-də saat 06.20 radələrində Biləsuvar rayonu ərazisində rayon sakini Qəfər Nağıyev Babək rayon sakini İsmayıl Bədəlova məxsus "KamAZ" markalı avtomasının yanacaq çənində qaynaq işləri apararkən çən partlayıb. Nəticədə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmiş Q.Nağıyev orada ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31