3 il axtarışda olan dələduz cibgirlik edərkən yaxalandı

Dələduzluqla axtarışda olan şəxs Bakıda cibgirlik edərkən yaxalanıb. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Hadisə iyulun 24-də B.Nuriyev küçəsində baş verib. Əvvəllər məhkum olunmuş və 2010-cu ildən Ucar RPŞ tərəfindən CM-nin 178-ci (dələduzluq) maddəsi ilə aхtarışda olan, Pərviz Hüseynov Bakı şəhər sakini Elnur Abdullayevin əlindən 60 manat pulunu alıb qaçarkən Nizami RPİ 24-cü PB və ÇPA əməkdaşları tərəfindən tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31